Bərdəyə raket atılması nəticəsində 2 yaşlı körpə həlak oldu
27 Okt 2020 18:49
513

Bərdəyə raket atılması nəticəsində 2 yaşlı körpə həlak oldu

ANAMA-nın araşdırmasından məlum olub ki, ermənilər Bərdədə mülki əhaliyə qarşı “klaster” tipli “Smerç” raketlərindən istifadə ediblər.

Yenisabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

H.Hacıyev bildirib ki, mülki əhaliyə qarşı istifadəsi yasaq olan bu tip silahdan açılan atəş nəticəsində biri iki yaşlı körpə olmaqla dörd nəfər öldürülüb, 13 nəfər isə yaralanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər