Ölkənin bank sektorunda bankomatlar üzrə komissiya haqqının tutulması ilə bağlı müştəri narazılıqlarına növbəti bir şikayət əlavə olunub.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkə istifadəçisi Emin Nəsibovun verdiyi məlumata görə, "AFB Bank"a məxsus ödəniş kartı ilə Azərbaycan Beynəlxalq Bankının ("ABB") bankomatından 1000 manat nağd vəsait çıxararkən hesabından gözlənilmədən əlavə komissiya tutulub.
Müştəri bu vəziyyətə sərt etirazını bildirərək vurğulayıb: Sezar pizza
“ABB bu nə biabırçılıqdır? 1000 manata AFB kartımdan sizin bankomatdan komissiya tutuldu. Halbuki AFB-də 5000 manata qədər komissiya yoxdur”.
Banklararası nağdlaşdırma şərtləri və tərəfdaşlıq şəbəkələri üzrə fərqli komissiya tariflərinin tətbiq olunması müştərilər arasında çaşqınlıq yaratmaqda davam edir. Zərərçəkən vətəndaş tutulan haqsız komissiya məbləğinin araşdırılmasını və məsələyə aydınlıq gətirilməsini tələb edir.
Qeyd edək ki, AFB Bankın “Mono Kart” məhsulu üzrə aylıq komissiyasız nağdlaşdırma limiti 15 000 AZN təşkil edir. Bununla yanaşı, bank müştərilərinə ölkədaxili digər yerli bankların bankomatlarından ay ərzində 5 000 AZN-ədək komissiyasız nağdlaşdırma imkanı təqdim edir.
Nazim Hacıyev
Telegram kanalımız