Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA

Sosial

10 Mart 2024 14:05 551


Martın 10-u saat 13:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Şahbuz, Kəlbəcər, Şuşa, Laçın, Daşkəsən, Gədəbəy, Göygöldə qar, Naxçıvan, Şərur, Culfa, Ordubad, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Zaqatala, Şəki, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada, eləcə də Bakıda və Abşeron yarımadasında yağış yağır. Sezar pizza

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Naxçıvan MR-da 6, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!