Bəzi vəkillərin fəaliyyətinə xitam verildi

saytların hazırlanması

Evə çatdırılma

Bəzi vəkillərin fəaliyyətinə xitam verildi

Sosial

06 İyun 2026 11:59 129


İyunun 6-da Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, gündəliyə uyğun olaraq bəzi vəkillərin dövlət qulluğunda fəaliyyətinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin bərpa edilməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, digər vəkil qurumlarına keçməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, eləcə də müəyyən müddətə üzvlük haqqından azad olunması ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Həmçinin iclasda “Fortis” Vəkil Bürosunun təsis edilməsi və bəzi vəkillərin vəkil kabineti yaratmaları ilə bağlı müraciətləri müzakirə olunaraq müsbət qərarlar qəbul edilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!