Biləsuvarda yol qəzası - Piyada öldü
10 May 2021 18:50
654

Biləsuvarda yol qəzası - Piyada öldü

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, mayın 9-da saat 18 radələrində Biləsuvar şəhəri ərazisində şəhər sakini Ş.Əzizov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən həmyerlisi Mehdi Niftullayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Niftullayev orada ölüb.

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər