Hər zaman reytinqə hesablanmış ucuz qalmaqallar, mənasız müzakirələr məşhurlar arasında “dəbdədir”.
Birinin geyimi, digərinin seks həyatı, bir başqasının həmkarları ilə dava-dalaşı həm televiziya, həm də sosial media üçün daha maraqlı olub.
Son vaxtlar isə bu axına əsl sənət adamları da qoşulmağa başlayıb. Ən pisi də illərini sənətə həsr etmiş fövqəladə istedadlı sənətkarlar belə, bu oyuna alət olublar. Bir neçə gündür Xalq artistləri Rasim Balayev və Şeyx Əbdül Mahmudbəyov arasında gedən qalmaqaldan bunlardan biridir. Toyuqlu pizza
Qeyd edək ki, analoji nümunəyə yaxın keçmişdə də rast gəlmək mümkün idi. Mərhum xalq artitsləri Adil İsgəndərovla Yusif Vəliyev, Hacıbaba Bağırovla Siyavuş Aslan ömürlərinin sonnuna kimi bir-biirlərilə düşmən olublar. Həmçinin xalq artisti İlhamə Quliyeva dünyadan köçəndə həmkarı Flora Kərimova ilə küsülü olub.
Bəs görəsən, sənət adamları illərdir niyə bir-biri ilə qalmaqal edir, heç cür yola gedə bilmirlər?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı bu qalmaqalların rəqabətdən yarandığını deyib:
“Şeyx Əbdüllə Rasim Balayevin qalmaqalından xəbərim yoxdur. Amma rəqabət olan yerdə bu cür halların olması normaldır. Amma insanlar çalışmalıdır ki, belə olmasın. Rəqabət olsa da, qalmaqal olsa da sənət adamları bir-birini təhqir edib, aşağılamamalıdır. Bu qalmaqallara heç nə deyə bilmərəm”.
Sənətçi illərdir qalmaqallardan uzaq olmasının sirrələrini də açıqlayıb:
“Mən qalmaqal sevmirəm. Və hazırda heç kəsə mane olmuram. Bu sənət yolu elə bir yoldur ki, qalmaqalların olmaması mümkünsüzdür. Sənətdə müəyyən yer var ki, insanlar ora çatmaq üçün, oranı qoruyub saxlamaq çox çalışırlar, çarpışırlar, ora daxil olmaq istəyirlər. Ora çatdıqda da yerlərini heç kəsə vermək istəmirlər. O yeri saxlamaq üçün də gərək çox-çox pis adam olasan. Mən sadəcə olaraq elə olmaq istəməmişəm. Mən rahat yaşamağı daha üstün tutmuşam. Reallıq budur. İstəməmişəm ki, nə şiş yansın, nə kabab”.
Jurnalist Seymur Verdizadə isə deyib ki, istedadlı adamlar arasında intriqa həmişə olub. Nəinki Azərbaycanda, hətta mədəniyyətin, incəsənətin xeyli qabağa getdiyi ölkələrdə də bununla bağlı yüzlərlə nümunə var.
“Bu intriqalar sənətə, onun inkişafına xidmət edəndə təhlükəli deyil. Əksinə, lazımdır, çünki sağlam rəqabət mühiti yaradır. Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, bizim ölkəmizdə sənət adamları arasında hökm sürən intriqanın kökündə şəxsi maraqlar, məişət qayğıları, dedi-qodu, lazımsız söz-söhbət dayanır. Əminəm ki, Rasim Balayevdən və Şeyx Əbdüldən nəyi bölə bilmədiklərini soruşsanız, özləri də cavab verə bilməyəcəklər. Flora Kərimova ilə İlhamə Quliyevanın intriqası şəxsi hikkədən qaynaqlanırdı. Mənəm-mənəmliyi, yerə-göyə sığmayan iddiası ilə hamını bezdirən mərhum İlhamə Quliyevaya ancaq Flora xanım cavab verə bildiyi üçün bu düşmənçilik biricinin dünyasını dəyişdiyi günə qədər davam elədi. Mərhum xalq artistləri Adil İsgəndərovla Yusif Vəliyev, Hacıbaba Bağırovla Siyavuş Aslan da ömürlərinin sonlarına qədər bir-biri ilə düşmən olublar. Müasirlərin dediyinə görə, bir çox hallarda onları yaxın ətrafları, sənət dostları üz-üzə qoyur. Yaradıcı adamlar aravuranlardan, sözgəzdirənlərdən, çuğullardan nə qədər uzaq olsalar Azərbaycanda sənət bir o qədər sürətlə inkişaf edər”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız