Bir gündə yüzlərlə insanın öldüyü İtaliyadan  DƏHŞƏTLİ FOTOLAR
19 Mart 2020 15:46
2947

Bir gündə yüzlərlə insanın öldüyü İtaliyadan DƏHŞƏTLİ FOTOLAR

İtaliyanın Lombardiya regionunda yerləşən Berqamo şəhərindəki xəstəxanaların birindən dəhşətli görüntülər yayılıb.

Yenisabah.az xəbər verir ki, Berqamo koronavirusdan ən çox zərbə alan şəhərdir.

Ümumiyyətlə, İtaliya Avropa qitəsində koronavirus pandemiyasının episentri hesab edilir. Bu ölkədə pandemik virusa yoluxanların sayı 35 min 713 nəfər çatıb. 2978 nəfər isə dünyasını dəyişib. Təkcə martın 18-dən 19-na keçən gecə İtaliyada 475 nəfər dünyasını dəyişib. Bu rekord həddir.

Məlumatlara görə, Berqamo şəhərində fəaliyyət göstərən xəstəxanalar koronavirusa yoluxan xəstələrlə doludur. Onlardan çoxunun vəziyyəti ağırdır. Şəhərdə fəaliyyət göstərən 950 çarpayılıq xəstəxana koronavirusun qarşısında artıq diz çökmüş vəziyyətdə olsa da, həkimlər fədakarcasına fəaliyyətlərinin davam etdirirlər. Məlumatlara görə,  xəstəxananın dörd təcrübəli həkimindən üçü də koronavirusa yoluxub. Xəstəxananın “qaynar xətti”nə zənglər sayı o qədər çoxdur ki, insanlar cavab üçün saatlarla gözləmək məcburiyyətində qalırlar. 

Berqamo şəhərində faəliyyət göstərən xəstəxanaların birindən yayılan fotoları təqdim edirik:

Oxşar xəbərlər