“Biz bu bayrağı Qarabağdan  silmişik...” - Gündəm olan karikaturanın müəllifi danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Biz bu bayrağı Qarabağdan silmişik...” - Gündəm olan karikaturanın müəllifi danışdı

Sosial

18 Sentyabr 2021 16:32 2856


Sosial şəbəkələrdə Azərbaycan polisinin erməni maşının üzərində əks olunan qondarma rejimin bayrağını bıçaqla silməsini əks etdirən görüntülər yayılıb. Dünəndən bəri gündəmin əsas mövzusu və fotosu olan bu görüntüləri karikaturaçı rəssam Nuray Allahverdiyeva Digital Art formatında çalışıb.  

Yenisabah.az xəbər verir ki, əl işi sosial şəbəkədə böyük marağa səbəb olan rəssam təəssüratlarını Moderator.az-a bölüşüb:  

“Dünəndən bəri sosial şəbəkələrdə bu görüntülər yayılıb. O görüntülərə baxdıqca böyük fəxr hissi ilə yanaşı məndə ikrah hissi oyanırdı. Çünki, ermənilərin xəyal dünyasında yaratdıqları bir dövlətin olmadığını onlara sübut etsək də, onlar israrla bu dövlətin bayrağını maşınların üzərinə yapışdırırlar. Biz bu bayrağı Qarabağdan silmişik, maşınlara yapışdırmağın nə xeyri? Və bu düşüncədən də bu idea doğdu”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!