Blinken: İŞİD-lə mübarizə hələ bitməyib

Blinken: İŞİD-lə mübarizə hələ bitməyib

Dünya Veb saytların hazırlanması

08 İyun 2023 15:43 565


ABŞ dövlət katibi Entoni Blinken İŞİD-ə qarşı müharibənin bitmədiyini bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, İŞİD-ə qarşı Mübarizə üzrə Qlobal Koalisiyanın Səudiyyə Ərəbistanında keçirilən iclasında bildirib.

E. Blinken vurğulayıb: "Ekstremistlər yenidən hücumlar təşkil etmək üçün fürsətdən istifadə etməyə çalışırlar. Biz İŞİD-in hədəfində olan ölkələrdə sabitliyi təmin etmək məqsədimizə sadiq qalmalıyıq”.

Onun sözlərinə görə, İraq və Suriyada qalan əcnəbi İŞİD döyüşçülərinin vətənlərinə təhlükəsiz qayıtması təmin edilməlidir: “Bu, regionda məcburi köçkün düşərgələrində sayının azaldılması üçün vacibdir".

Dövlət katibi xəbərdarlıq edib ki, İŞİD döyüşçüləri və onların ailələrinin bölgədəki köçkün düşərgələrində qalmaları qruplaşmanın yenidən dirçəlməsinə səbəb ola bilər.

O, Suriyadakı ən böyük düşərgələrdən biri olan Əl Hol qaçqın düşərgəsinin sökülməsinə çağırıb. Həmin düşərgədə 50 000-dən çox insan var.

Blinken bildirib ki, Vaşinqton "İŞİD-i məğlub etmək və terror bəlasından qurtulmaq" öhdəliyinə sadiqdir. O, beynəlxalq ictimaiyyəti Əfqanıstan və Afrikada terrorizmlə mübarizədə səyləri birləşdirməyə çağırıb:

"Biz İŞİD-in Əfqanıstanda fəaliyyətini bərpa etmək cəhdlərinin üzə çıxmasını izləyirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!