“Bloomberg“in məlumatı saxtadır - Rəsmi Tehran

saytların hazırlanması

Evə çatdırılma

“Bloomberg“in məlumatı saxtadır - Rəsmi Tehran

Dünya

20 Fevral 2023 12:29 602


Tehranın uranı 84%-ə qədər zənginləşdirdiyinə dair xəbərlərin həqiqətə uyğun deyil.

Yenisabah.az "Təsnim"ə istinadla  xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndələri Behruz Kamalvəndi deyib.

Onun özlərinə görə, bir gün əvvəl "Bloomberg"də dərc olunan məlumat reallığı təhrif etmək məqsədi daşıyır: Marqarita pizza

"Zənginləşdirmə prosesində sadəcə olaraq 60%-dən yuxarı zənginləşdirilmiş hissəciklərin mövcudluğu uranın özünün 60%-dən yuxarı zənginləşməsi demək deyil. Belə hissəciklərin olması normal hadisədir və İAEA əməliyyat zamanı belə halların baş verə biləcəyindən xəbərdardır".

"Son məhsul vacibdir və İran heç vaxt 60%-dən yuxarı səviyyədə zənginləşməyib", - deyə Kamalvəndi vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!