BMT Ukrayna limanlarından taxıl ixracı üçün dəniz dəhlizinin yaradılması haqqında sazişin tərəflərini onun qüvvədə olma müddətini uzatmağa çağırır.
Yenisabah.az xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
“Bütün tərəflər Qara Dəniz Taxıl Təşəbbüsünü yenidən başlatmaq və Rusiyanın taxıl və gübrə ixracı qarşısında qalan maneələrin tez bir zamanda aradan qaldırılması da daxil olmaqla, iki razılaşmanın tam yerinə yetirilməsi üçün hər cür səy göstərməlidir”, - deyə Düjarrik qeyd edib. pizza sifarişi
Onun sözlərinə görə, bütün dünyada ərzaq təhlükəsizliyinə töhfə vermək və bu qlobal həyat dəyəri böhranının milyardlarla insana gətirdiyi əzabları yüngülləşdirmək üçün təcili ehtiyac var.
İyulun 22-də Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri İstanbulda Ukrayna taxılının Çornomorsk, Odessa və Yujnı limanlarından 120 gün müddətinə ixracı üçün dəniz dəhlizinin yaradılması haqqında saziş imzalayıb. Yaradılan Birgə Koordinasiya Mərkəzi (JCC) yük və gəmilərə nəzarət etməyə başlayıb.
Həmçinin, iyulun 22-də İstanbulda Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov və BMT-nin baş katibi Antonio Quterreş üç il müddətinə Rusiya kənd təsərrüfatı məhsullarının ixracına dair anlaşma memorandumu imzalayıblar.
SKC-nin məlumatına görə, oktyabrın 24-nə Ukraynanın üç limanından ixrac edilən taxıl və digər kənd təsərrüfatı məhsullarının ümumi tonajı 8 milyon 673 min 198 ton təşkil edib. Ümumilikdə772 gəminin hərəkətinə icazə verilib: 389-u Ukrayna limanlarına gəlmək üçün, 383-ü isə onlardan çıxmaq üçün.
Telegram kanalımız