Bölgələrdə yağış yağır - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Bölgələrdə yağış yağır - Faktiki hava

Sosial

14 Avqust 2025 10:32 310


Azərbaycanda avqustun 14-ü saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Zaqatalada 154 (aylıq normanın 208 %-i), Balakəndə 35 (aylıq normanın 47 %-i), Oğuzda 10, Qaxda (Sarıbaşda) 9, Şəkidə 8, Cəlilabadda 4, İmişlidə 3, Şahdağ, Lənkəran, Qəbələ, Xınalıq, Qobustan, Qrız, Xaltan, Biləsuvar, Astara, Neftçala, Şamaxı, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2 mm-dək qeydə alınıb. pizza

Avqustun 13-ü saat 17:30 radələrində Kəlbəcər rayonunun Boyaxlı, İstisu, Çıraxlı kəndlərinə dolu düşüb.

Lerik, Balakən, Qax, Qrız, Qusarda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!