Brendlərin gizli reklam strategiyası üzə çıxdı -   Bizi belə aldadırlar?!

saytların hazırlanması

Evə çatdırılma

Brendlərin gizli reklam strategiyası üzə çıxdı - Bizi belə aldadırlar?!

İqtisadiyyat

09 Noyabr 2026 21:19 132


Brendlərin keçmişə müraciət etməsi uzun illərdir tətbiq olunan sınanmış bir taktikadır və onların yalnız bu istiqamətə yönəldiyini söylemək doğru olmazdı. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında marketoloq Bəylər Əlizadə bildirib. Onun sözlərinə görə, nostalji mesajlar strategiyanın sadəcə bir hissəsidir; necə ki yenilik və innovasiyalar da onun ayrılmaz tərkib hissəsidir:

“Yəni günümüzdə brendlərin innovasiyalardan imtina edib tamamilə keçmişə meyilləndiyini iddia edə bilmərik. Əksinə, faiz nisbəti ilə götürsək, bazarda yenilik barədə düşünənlər 90 faiz təşkil edirsə, keçmişə dair elementlərlə işləyən brendlər 10 faizdən də azdır. Elektronika məhsulları

Şirkətlər məhsullarını təqdim edərkən heç də təsadüfi hərəkət etmir, auditoriyanı yaş, cins, maraq dairəsi və digər demoqrafik göstəricilərə görə təhlil edirlər. Əgər hədəf kütləsinin böyük hissəsini 30–35 yaşdan yuxarı şəxslər təşkil edirsə, brend bu auditoriyada emosional bağ və güvən hissi yaratmaq üçün retro mesajlara, nostalji reklamlara müntəzəm müraciət edir”.

“Bəs nə üçün məhz keçmiş və retro? Cavab sadədir: keçmiş uzaqdadır, uzaq olan isə insana həmişə daha gözəl və doğma görünür. Hətta zaman keçdikcə geçmişdəki çətinlikləri və ağrıları belə xoş xatirə kimi yad edirik. Keyfiyyət baxımından yanaşdıqda da keçmiş indiki dövrlə müqayisədə daha sağlam təəssürat bağışlayır. Xüsusilə yaşlı nəsil tez-tez müasir məhsulların keyfiyyətindən, dadından və tərkibindən gileylənir.

Bunun da obyektiv səbəbləri var. Günümüzdə bir məhsul üzrə çeşid sayının hədsiz artması qiymətlərin enməsinə, bu da öz növbəsində keyfiyyətin aşağı düşməsinə gətirib çıxarır. Nəticədə cəmiyyətdə "əvvəl az idi, amma keyfiyyətli idi" yanaşması öz aktuallığını qoruyub saxlayır.

Bütün bu amilləri nəzərə alsaq, brendlərin öz reklam mesajlarında niyə tez-tez keçmişə üz tutduğunu anlamaq çətin deyil. Keçmiş bizim üçün doğma və etibarlı xatırlanır. Bu mesajları özündə ehtiva edən brend də beynimizdə məhz həmin müsbət hiss-həyəcanla assosiasiya olunur. Məhz buna görə də şirkətlər, xüsusilə bayram və özəl günlərdə, istehlakçıları retro elementlərlə tez-tez uşaqlıq və ya gənclik illərinə qaytarırlar”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!