Britaniya İranla nüvə sazişindən çıxa bilər

saytların hazırlanması

Evə çatdırılma

Britaniya İranla nüvə sazişindən çıxa bilər

Dünya

15 Yanvar 2023 09:53 533


Böyük Britaniya İranda Britaniya-İran vətəndaşının edam edilməsindən sonra İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) dəstəyini yenidən nəzərdən keçirir.

Yenisabah.az "The Telegraph"a istinadla xəbər verir ki, bu barədə yüksək vəzifəli hökumət rəsmiləri danışıb.

Mənbələr ABŞ-ın 2018-ci ildə sazişdən çıxmasından sonra nüvə sazişinin yenilənməsi üçün danışıqlar prosesinin başlanğıcından bəri “şərtlərin dəyişdiyini” bildirib. pizza sifarişi

Britaniya hakimiyyətinin İranın ikili vətəndaşlığı olan keçmiş müdafiə nazirinin müavini Əlireza Əkbərinin edamını pislədiyi bildirilir. O, Britaniyanın xeyrinə casusluqda təqsirli bilinib.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib: "Bu vəhşi hərəkət cavabsız qalmayacaq". O, Tehranın hərəkətlərini pisləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!