Bu artıq nüvə ittifaqıdır - Prezident

saytların hazırlanması

Evə çatdırılma

Bu artıq nüvə ittifaqıdır - Prezident

Dünya

06 İyun 2023 09:45 626


Cənubi Koreya prezidenti Yun Sok-yol Seul və Vaşinqton arasındakı ittifaqın gücləndiyini və nüvə ittifaqına çevrildiyini bildirib.

Yenisabah.az "Yonhap"a istinadla xəbər verir ki, o Şimali Koreyanın öz nüvə və raket imkanlarını artırdığını və nüvə silahının istifadəsini qanuniləşdirdiyini vurğulayıb.

Prezident bildirib: "Buna görə də Cənubi Koreya hökuməti və ordusu Cənubi Koreya və ABŞ arasında həmişəkindən daha güclü müttəfiqliyə əsaslanan "dəmir təhlükəsizlik sistemi qurmaqla öz vətəndaşlarının həyatını və təhlükəsizliyini qoruyacaq". Dominos pizza

Yun Sok-yolun sözlərinə görə, aprel ayında ABŞ prezidenti Co Baydenlə birgə imzalanmış Vaşinqton Bəyannaməsi Amerika nüvə silahlarının çəkindirici təsirini əhəmiyyətli dərəcədə gücləndirir:

"Cənubi Koreya və ABŞ ittifaqı artıq nüvə ittifaqına çevrilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!