Bu dağ kəndindəki evlər 2 manata satılır – Fotolar

Bu dağ kəndindəki evlər 2 manata satılır – Fotolar
İyul 18, 2019 14:03
Oxunma sayı: 266

İsveçrənin bir kəndində evlər təxminən 2 manata satılır

İsveçrənin cənubunda yerləşən Monti Şaqa adlı dağ kəndindəki evlər 1 İsveçrə frankına – yəni, təxminən 2 manata satılır.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, məqsəd burada əhali sayını artırmaqdır.

Evlərin yaxınlığında böyük göl var. Həmçinin, bu evlər  İtaliya sərhədinə çox yaxın mövqedə yerləşdiyi üçün onların sahibləri Milano şəhərinə, eləcə də Komo gölünə istədikəri vaxt baş çəkə biləcəklər.

Lakin evi alarkən onu  təmir etdirmək şərti qoyulur. Kəndin icra hakimiyyəti yeni ev sahiblərinə balıqçılıq, inşaat və əkinçilik sahələrində iş imkanları yaradılacağını bəyan edib.

Sabrina

Yenisabah.az