Bu dövlət qurumu gücləndirilçiş rejimə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Bu dövlət qurumu gücləndirilçiş rejimə keçdi

Sosial

17 İyul 2021 11:56 631


“Azərsu” Açıq Səhimdar Cəmiyyəti Qurban bayram ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. 

Qurumdan “Yeni Sabah”a daxil olan xxəbərə görə, qeyri-iş günlərində həm mərkəzi idarə aparatında, həm də regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu” ASC-nin sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub. Əhalinin içməli su təchizatında dayanıqlığın təmin olunması məqsədilə qarşıdakı günlərdə qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək.

İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar  “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər. Eyni zamanda vətəndaşlar (055) 209-95-59 votsap nömrəsi və facebook sosial şəbəkəsi vasitəsilə də müraciətlərini ünvanlaya bilərlər. Sezar pizza

Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması  məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!