Bu gün 21 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün 21 dərəcə isti olacaq

Sosial

22 Mart 2023 08:58 663


Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a bildirilib ki, havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. pizza

Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!