Bu gün AMEA-nın birinci vitse-prezidentləri seçiləcək
28 Dek 2019 07:56
157

Bu gün AMEA-nın birinci vitse-prezidentləri seçiləcək

Bu gün AMEA-nın Ümumi yığıncağı keçiriləcək.

"Yeni Sabah" “Report”a istinadən xəbər verir ki, iclasda Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın üzvləri və ziyalılar iştirak edəcəklər.

Yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” müzakirə olunacaq.

Həmçinin AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsinə baxılacaq.

Bundan başqa, akademiyanın 2 nəfər birinci vitse-prezidenti vəzifəsinə seçkilər keçiriləcək.

Qeyd edək ki, indiyədək AMEA-da ancaq vitse-prezident vəzifəsi vardı. 

Bu il oktyabrın 23-də AMEA-nın rəhbəri dəyişib. Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev AMEA prezidenti seçilib. Mehdiyev bu vəzifəyə seçiləndən sonra AMEA-da bir sıra islahatlar həyata keçirilib.

Oxşar xəbərlər