Bu gün Azərbaycanda yay fəsli yerini payıza verəcək.
Yenisabah.az xəbər verir ki, payız ölkəyə sentyabrın 22-si saat 23:21-də qədəm qoyacaq. Bununla da gecə və gündüz bərabərləşəcək. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarımkürəsinə keçir.
Qeyd edək ki, payız fəsli 3 ay davam edəcək. Dekabrın 21-i saat 19:59-da ölkəyə qış gələcək. Toyuqlu pizza
Telegram kanalımız