Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin bu gün Soçi danışıqları zamanı Suriya və Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcəklər.
Yenisabah.az "Anadolu"ya istinadla xəbər verir ki, tərəflər "taxıl dəhlizi" yolunda problemlərin aradan qaldırılması üçün addımları müzakirə edəcəklər.
Ərdoğan Ukrayna məsələsini müzakirə edərkən Ankaranın münaqişənin həllinə töhfə verməyə hazır olmasına diqqəti yönəltmək niyyətindədir. Sezar pizza
Həmçinin, iki ölkə arasında ticarətin artırılması, əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən enerji və müdafiə sənayesi, strateji layihələrin həyata keçirilməsi mövzularını müzakirə ediləcək.
Bundan əlavə, Kreml Putin və Ərdoğanın ikitərəfli hərbi-texniki əməkdaşlıq mövzusunu qaldıracağını istisna etməyib.
Rusiya Federasiyası və Türkiyə prezidentlərinin görüşünün gündəliyinə son günlər kəskinləşən Qarabağ münaqişəsi mövzusunun daxil ediləcəyi gözlənilir.
Telegram kanalımız