Bu gün saat 11:00-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi başlayır.
Yenisabah.az xəbər verir ki, şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Sezar pizza
Qeyd edək ki, 12 sentyabr 2021-ci ildən etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.
Nəzrin Vahid
Telegram kanalımız