"40 günlük müharibə zamanı Azərbaycan Respublikası da İrana kömək edən ölkələr arasında idi".
"Yeni Sabah" Hamshahrionline-a istinadla xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn KUlivənd "Müharibə Hekayəti 2" verilişində deyib.
O, 12 günlük və 40 günlük müharibələrin pərdəarxası hadisələrindən söz açarkən qeyd edib: Pepperoni pizza
"Biz hər gün insan haqlarının pozulmasını sənədləşdirdik və onları Qırmızı Xaç, BMT və 19 digər beynəlxalq təşkilata göndərdik. Bu sənədləri Cenevrədə ətraflı izah etdik, onlara şəhidlərin axtarışının və dağıntılar altından diri-diri çıxarılan 7250 mülki şəxsin xilas edilməsinin görüntülərini göstərəndə bütün beynəlxalq rəsmilər ağladılar. Hətta ABŞ Qızıl Xaç Cəmiyyətinin rəhbəri iclasdakı çıxışımdan sonra məndən üzr istədi və bu görüntüləri ABŞ hökuməti üzvlərinə göstərəyəcəyini bildirdi".
*Başqalarından kömək istəyəcək qədər zəif deyildik. Amma 18 ölkə İrana yardım əli uzatdı. Məsələn, Rusiya bizə 313 ton yaxşı dərman verdi. Çin, Hindistan, Pakistan, Tacikistan, Azərbaycan və İraq müharibə zamanı bizə kömək etdi. Amma mən heç vaxt yazılı şəkildə kömək istəmədim", - deyə Kulivənd əlavə edib.
Telegram kanalımız