Bu nazirlikdə işə qəbulla bağlı YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Bu nazirlikdə işə qəbulla bağlı YENİLİK

Sosial

09 Sentyabr 2026 12:13 359


Kənd Təsərrüfatı Nazirliyi kadr seçimində tam rəqəmsal modelə keçid edərək Mərkəzləşdirilmiş İşə Qəbul Portalını istifadəyə verib.

“Yeni Sabah” xəbər verir ki,  dövlət qulluğu xaricindəki bütün vakansiyalar üzrə müraciətlərin vahid platformadan qəbulunu nəzərdə tutan layihə prosesin şəffaflığını artırmaq, prosedurları sürətləndirmək və namizədlər üçün imkanları genişləndirmək məqsədi daşıyır. Artıq ilk mərhələdə vətəndaşlar portalda şəxsi kabinet açaraq sənədlərini onlayn idarə etmək hüququ qazanıblar.

Gələcəkdə isə sistemə süni intellekt texnologiyaları, avtomatlaşdırılmış qiymətləndirmə mexanizmləri və mərkəzləşdirilmiş imtahan modulları əlavə olunacaq ki, bu da kadr seçimində bərabərliyi təmin etməklə yanaşı, bürokratik maneələri minimuma endirəcək.  Dördpendirli pizza

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!