Bu ölkə koronavirusu nəzarət altına aldı
07 Apr 2020 11:05
238

Bu ölkə koronavirusu nəzarət altına aldı

Norveçdə koronavirus pandemiyası nəzarət altına alınıb.

Yenisabah.az  xəbər verir ki, bunu Norveç Səhiyyə naziri Bent Xoye deyib. Nazirin sözlərinə görə, ölkədə COVİD-19-a qarşı tədbirlər görülmədən əvvəl 1 nəfər rahatlıqla 2.5 nəfəri virusa yoluxdura bilirdi. Lakin koronavirusla mübarizə çərçivəsində atılan addımlar  bu rəqəmi 0.7-yə endirib:

"Sərt tədbirlər görməsək, Avropanın digər ölkələri ilə eyni vəziyyətdə olacaqdıq". 

Bent Xoye növbəti günlərdə xəstəxanada müalicə alanların sayında azalma olacağını da diqqətə çatdırıb.

Qeyd edək ki, 5 milyon 368 min insanın yaşadığı ölkədə bugünədək 59 nəfər koronavirusla ölüb.

 

Oxşar xəbərlər