Bu ölkədə maska taxmaq məcburi oldu
05 İyn 2020 07:15
245

Bu ölkədə maska taxmaq məcburi oldu

Böyük Britaniyanın nəqliyyat naziri Grant Şaps iyunun 15-dən etibarən ictimai nəqliyyatda maska taxmağın məcburi olacağını açıqlayıb.

Bildirib ki, qaydaları pozan sərnişinlər ictimai nəqliyyatdan endiriləcək və cəzalandırılacaqlar.

Nəqliyyat naziri bu müddətdə ictimai nəqliyyatdan istifadənin azalmasına baxmayaraq, işə velosipedlə gedənlərin sayının iki dəfə artdığını söyləyib.

Həmçinin G.Şaps velosiped istifadəsini artırmaq üçün insanlara velosiped təmirxanalarında istifadə edə biləcəkləri hədiyyə kuponlarının veriləcəyini və beləliklə, ictimai nəqliyyatdan daha az istifadəyə imkan yaranacağını bildirib.

Oxşar xəbərlər