Peruda prezident Dina Boluartenin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edən etirazçılarla polis arasında baş verən toqquşmalarda ölənlərin sayı 53-ə çatıb.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, Karabaya əyalətinin Makusani şəhərində səhiyyə rəsmisi Dr. İvan Fernandez etirazlar zamanı baş verən zorakılıqda daha 2 nəfərin həyatını itirdiyini, bir nəfərin isə yaralandığını açıqlayıb.
Xatırladaq ki, 11 dekabr 2022-ci ildən bəri hökumət əleyhinə nümayişlərdə həyatını itirənlərin sayı 53-ə çatıb. Yaralıların sayı isə 700 nəfəri ötüb. pizza mizza
Telegram kanalımız