Bu ölkədə virusdan ölənlərin sayı 200 mini keçdi
23 Sen 2020 07:49
236

Bu ölkədə virusdan ölənlərin sayı 200 mini keçdi

ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 200 min nəfəri ötüb.

Bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 6 872 925 nəfər təşkil edir.

Bildirilir ki, koronavirusa yoluxanlardan 200 252 nəfəri vəfat edib, 2 615 974 milyon nəfəri isə sağalıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər