Bu qidaların üzərində belə yazılar görə bilərsiniz, amma... – YENİ QAYDA

saytların hazırlanması

Evə çatdırılma

Bu qidaların üzərində belə yazılar görə bilərsiniz, amma... – YENİ QAYDA

Sağlamlıq

25 Sentyabr 2026 12:05 115


Qida məhsullarının üzərində və reklamlarında sağlamlıqla bağlı istifadə olunan ifadələrə dair yeni tələblər müəyyənləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. pizza hut

Qaydalara əsasən, qida məhsulunun etiketində və ya reklamında istifadə olunan sağlamlıqla bağlı bəyanlar istehlakçıda məhsulun təsiri barədə yanlış təsəvvür yaratmamalıdır. Bu cür iddialar elmi əsaslara söykənməli və məhsulun faktiki xüsusiyyətlərinə uyğun olmalıdır.

Xüsusilə xəstəliklərin qarşısının alınması və ya müalicəsi, çəkinin sürətlə azaldılması, immunitetin gücləndirilməsi, qan şəkərinin tənzimlənməsi kimi təsirlərlə bağlı əsassız iddialardan istifadəyə yol verilməməlidir.

AQTA istehlakçılara qida məhsulu seçərkən etiket üzərindəki məlumatların məzmununa və təqdim olunan sağlamlıqla bağlı iddialara diqqət yetirməyi tövsiyə edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!