Bu qızlarla evlənməyin   - TÖVSİYYƏLƏR

saytların hazırlanması

Evə çatdırılma

Bu qızlarla evlənməyin - TÖVSİYYƏLƏR

Sosial

04 İyun 2026 21:57 266


Evlənəcək oğlanlara tövsiyyəm var. Elə bir tövsiyyədir ki, insanın gələcəyini xilas edər.

"Yeni Sabah" xəbər verir ki, bunu Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib. 

"Evlənmək istədiyiniz xanım öz doğma atasından narazıdırsa (istisnalar: ata alkaşdır, ata səviyyəsizdir, ata dələduzdur), həmin xanımla ailə qurmayın. pizza sifarişi

Çünki onun əziyyətini çəkmiş doğma atasının qədrini bilmirsə və ona nankorluq edirsə, çətin ki sizə - ona yad bir kişiyə - hörmət və qayğı bəsləsin.

Desəniz ki niyə bu qeydimi qızlar haqqında verib, oğlanlar haqqında yazmıram? Məsələ valideynə münasibətdə gedir, valideyin də insan üçün müqəddəs varlıqdır. Oğlanlar adətən valideyinlərindən razı olur - anasından da atasından da. Qızların beyinlərini isə "valideyinlərin sənə uşaqlıqda travma yaşadılblar" deyən şarlotan-2 həftəlik sertifikatlı pİsxoloqlar pozur, poza bilir.

Dinə görə, hansı övladdan valideynlər razı olarsa, Allah da həmin övladdan razı olar; mənası - valideyinlərinizə qarşı xoş davranın", - deyə Fərhad Mehdiyev evlənmək istəyən oğlanlara məsləhət verib.

"Qızlara da tövsiyyəm var. Bilirik ki xoşunuza gələn oğlan tipi vurub-dağıdan, qolu zorba avara tiplərdir, cibində pulu olsa ondan yaxşısı ümumiyyətlə yoxdur sizin üçün. Qadınlarda bu istək qəbilə dövründən qalan şüuraltı bir faktordur: çünki bu tipdə bir kişi həmin qadını və onun övladlarını qoruyub saxlaya biləcək. Amma bu tip oğlanlar da ailəsinə qarşı o qədər sadiq, həssas və nəzakətli olmurlar, məsələn çəkdiyi siqaretin kötüyünü yerə atır, qısacası xuliqan tiplər.

Siz heç görmüsünüz kitabxanada elmlə məşqul olan oğlanları qızlar bəyənsin? Çox nadir hallarda. Qızlar özlərinə yaxşı ər seçmək istəyirlərsə, başı aşağı, mədəni, işgüzar, elmə və sənətə yaxın, altruizmlə dolu oğlanlara diqqət yetirsinlər. Onlar daha təxmin oluna bilən, daha sabit tiplərdir" - professor əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!