Məleykə Abbaszadə vəzifədən gedir?

saytların hazırlanması

Evə çatdırılma

Məleykə Abbaszadə vəzifədən gedir?

Sosial

31 Avqust 2026 11:47 12039


“Mətbuatda belə versiyalar, ehtimallar çox səsləndir. Yaxud kimin kimdənsə xoşu gəlməyəndə, onu gündəmə gətirir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında sabiq deputat, təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyib.

Keçmiş deputat mətbuatda Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin bu il vəzifəsindən ayrılacağı və onun yerinə ADNSU-nun rektoru Rüfət Əzizovun təyin olunacağı ilə bağlı məlumatlara reaksiya verib. pizza mizza

O, Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinə rəhbərlik dövrünü olduqca müsbət səciyyələndirib:

“Məleykə Abbaszadə artıq 30 ildir ki, Dövlət İmtahan Mərkəzinə rəhbərlik edir. Bu müddət ərzində, DİM çox rasional, obyektiv və biliklərin dəqiq qiymətləndirilməsində öz sözünü demiş bir qurum kimi qəbul edilib. Şübhəsiz ki, bu imicin yaranmasına Məleykə Abbaszadənin danılmaz əməyi var.

Biz bəzən yaş məsələsini gündəmə gətiririk. Qərb ölkələrində alimlər və tanınmış idarəçilərlə bağlı yaş həddi qoyulmur. Dünyanın aparıcı universitetlərinin bir çoxunda yaşı xeyli çox olan bir çox professorlar var ki, cavanlardan belə daha aktiv işləyir. Burada yaş məsələsi yox, təcrübə və dürüst çalışmaq nəzərə alınır.

Digər tərəfdən, hansısa gənc kadra yüksək etimad göstərilirsə, bu çox yaxşı haldır. Adını qeyd etdiyiniz Rüfət Əzizov gənc yaşda olmasıına baxmayaraq, Təhsil İnstitutuna, Sumqayıt Dövlət Universitetinə rəhbərlik edib və indi də Azərbaycan Dövlət Neft və Sənaye Universitetin rektorudur. Açığı onun hansı islahatlar aparmasını qiymətləndirmək fikrim yoxdur. Ancaq mən hesab edirəm ki, Məleykə xanımın fəaliyyəti onun əvəzlənməsinə əsas vermir. Əgər yaş nəzərə alınırsa, AMEA-da 80-90 yaşlı alimlər çalışırlar. Mən düşünürəm ki, öz üzərində işləyən, fəaliyyəti hələ də yüksək səviyyədə davam edən yaşlılara toxunmaq olmaz”.

Ekspert Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyinin fəaliyyətlərini müqayisə edib:

“Hansısa dövlət qurumunda əgər oturuşmuş sistem formalaşıbsa, yeni gələn şəxs bunu sıradan çıxarmamalıdır. Əsas məsələ budur. Məsələn, sabiq Təhsil nazirləri Mikayıl Cabbarov və Ceyhun Bayramov islahatçı nazirlər kimi yadda qalıb. Ehtimal edilirdi ki, Emin Əmrullayev də onlar kimi olacaq. Lakin biz bunun şahidi olmadıq. Biz burada dostbazlıq, qohumbazlıq, ayrı-seçkiliyin şahidi olduq. Söhbət ondan gedir ki, bir şəxs işlədiyi dövrdə islahatlar apara və sistemi rasional təşkil edə bilibsə, onu əvəz edən şəxs də bunu inkişaf etdirməlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anonim
    Bunun hec tesden xeberi yoxdu gah ballari artirir gah azaldir telebelerin canini bogaza yigib o boyda zulm cekir telebeler tibbe qebul ola bilirlerki 600 balla oten il girmek mumkundu bu il 610 balla gore bilmirler xeyirdimi tibbe kolecden bele gedirler isleyirler bu. Ne hoqqadi veriri ele bil nazir olacaq telebe en yuksek bal tibb edir bu savadsiz butun telebelerin qenimi olub hemde qargisini qazandi hec bir telebe onu beyenmir
    1 month ago
  • Leyli
    .Hormetli deputat. Menim anamda dovlete 27 il qulluq edib. Ancag mektebin baglaasiyla onun iside ixtisara dusub. Bbiz Qarabaga kocuruk. Ancag 58 yasli anami ise goturmurler. Onun tecrubesi 27 il is staji hec edien qurum niye Meleyke xanima 75 yasinda helede is imkani verir.demeli mesele vezifeli olmaqdir ya nece anlaya bilmirik bu meseleni ?! Xahis edirik bunada aydinliq getirin hormetli ex Etibar Eliyev
    1 month ago