Bakının bir sıra əsas avtomobil yollarında hazırda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
"Yeni Sabah" xəbər verir ki, bu barədə yollardakı vəziyyətlə bağlı yayılan məlumatda bildirilib.
Hazırda sıxlıq olan ərazilər aşağıdakılardır: Sezar pizza
Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
Babək prospekti, mərkəz istiqamətində;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;
Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində.
Aytac Əliyeva
Telegram kanalımız