AQTA yoxlamasında biabırçı mənzərə - İnsanlara çirkli butulkada....

saytların hazırlanması

Evə çatdırılma

AQTA yoxlamasında biabırçı mənzərə - İnsanlara çirkli butulkada....

Sosial

31 Avqust 2026 17:53 125


Gəncədə antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

AQTA-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri, R.Qasımov küçəsi, ev 68 ünvanında fiziki şəxs Əliyev Elvin Elbrus oğluna məxsus alkoqolsuz içki (kvas) istehsalı müəssisəsində yoxlama keçiriblər. Dominos pizza

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən və antisanitar şəraitdə fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb.

Müəssisədə butulkaların yuyulması üçün müvafiq avadanlıq və şəraitin olmadığı, istehsal olunan kvasın dəfələrlə istifadə edilmiş, köhnə və çirkli plastik butulkalara doldurulduğu müəyyənləşib.

Bundan başqa, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanların olduğu üzə çıxıb.

Aşkarlanmış hallarla bağlı məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Fakt üzrə inzibati protokol tərtib olunub, məhsullar dövriyyədən çıxarılıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!