Bu rayonların sakinlərinin NƏZƏRİNƏ - Aprelin 15-də...

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonların sakinlərinin NƏZƏRİNƏ - Aprelin 15-də...

Sosial

14 Aprel 2024 15:12 1274


Sabah İmişlinin 41, Biləsuvarın 11 və Saatlının 1 yaşayış məntəqəsində qaz kəsiləcək.

"Report"un Muğan bürosunun məlumatına görə, “İmişli” QPS-i təbii qazla təmin edən, diametri 325 mm-lik yüksək təzyiqli qaz xətti üzərində yeni qaz ölçü qovşağına aid texnoloji düz sahənin quraşdırılması ilə bağlı 1 ədəd Dş300 mm-lik kürəvi kranın, 1 ədəd Dş300 mm-lik siyirtmənin, 2 ədəd Dş150 mm-lik kürəvi kranın, 1 ədəd Dş200 mm-lik siyirtmənin və diametri 159 mm-lik əlaqələndirici xəttin quraşdırılması nəzərdə tutulur.

Bununla bağlı olaraq sabah saat 09:00-dan işlər başa çatanadək, ümumilikdə 28 332 abonenti olan İmişli rayonu tam olaraq (İmişli şəhəri, 2 qəsəbə, 39 kənd, eyni zamanda Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 məcburi köçkünlər qəsəbəsi), həmçinin, Saatlı rayonu Məzrəli kəndində (226 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır. pizza mizza

Təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!