Bu sahələrdə çalışanlara yaxşı xəbər –   Dövlət pul ayıracaq

saytların hazırlanması

Evə çatdırılma

Bu sahələrdə çalışanlara yaxşı xəbər – Dövlət pul ayıracaq

İqtisadiyyat

21 Sentyabr 2026 10:43 330


2027-2030-cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək.

Bu barədə "Yeni Sabah"a Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər nəzərə alınmaqla, ortamüddətli resurs zərfinə uyğun olaraq Milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. pizza hut

İlkin Büdcə Bəyanatı 2027 sənədində xərc siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

Dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi;

Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi;

İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpanın davam etdirilməsi;

Rəqəmsal inkişaf sahəsində prioritetlərin həyata keçirilməsi;

Əhalinin sosial müdafiəsi və rifahının gücləndirilməsi;

İqtisadiyyata dövlət büdcəsindən maliyyə dəstəyinin davam etdirilməsi;

Müdafiə olunan xərclərin maliyyə təminatı;

Dövlət proqramları və tədbirlərin maliyyə təminatı;

Təmiz ətraf mühit və "yaşıl artım"ın təmin olunması.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!