Bu şəxslər min manat maaş alacaq?

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər min manat maaş alacaq?

Sosial

06 Mart 2024 11:58 584


Ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya prosesi həyata keçirilir. Bu stimullaşdırıcı tədbirdir. Bir tərəfdən təhsil verənlərin öz üzərilərində çalışması, bilik, bacarıq və səriştələrinin artırılması baxımından önəmlidir. Digər tərəfdən isə onların maaşlarının artırılması təsir göstərir.

“Yeni Sabah” Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında deyib.

B.Əliyev qeyd edib ki, kim daha çox bal toplayırsa, onların əməkhaqqına əlavələr olur. pizza sifarişi

"Bu da müəllimlərimizin 2026-cı ildən təqribən minimum əməkhaqqının 1000 manatdan yuxarı başlayacağına dəlalət edir. Bu gün 1500, 2500 və 3000 manat maaş alan təhsilverənlərimiz var. Burada söhbət ümumtəhsil müəssisələrindən gedir. Eyni məsələ məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinə də şamil edilir", - deyə komitə sədri bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!