Bu şəxslərin maaşı 50 faiz artırıldı –  Sərəncam
10 Dek 2019 17:45
2239

Bu şəxslərin maaşı 50 faiz artırıldı – Sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, sərəncamla Ordubad rayonunda icbari tibbi sığorta tətbiq edilib.

Eyni zamanda Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib, həmin səhiyyə müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları dekabrın 1-dən 50 faiz artırılıb.

 

Oxşar xəbərlər