Bu şəxslərin maaşında yüksək artım olacaq   - ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin maaşında yüksək artım olacaq - ŞAD XƏBƏR

Sosial

08 Yanvar 2024 19:27 23436


2023-cü ildə müzakirə etdiyimiz məsələlərdən biri də sertifikasiyada yüksək maaş mexanizminin tətbiq edilməsi ilə bağlıdır. Bununla bağlı Milli Məclisdə müzakirələr aparıldı, eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə rəsmi olaraq təkliflərimizi təqdim etdik.

Yenisabah.az Referans.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.

Bayramovun sözlərinə görə, bu il də təhsilə ayrılan vəsaitlərin həcmində artımlar qeydə alınıb: Dördpendirli pizza

"Daha çox vəsaitin təhsilə yönəldilməsi sertifikasiyada qiymətləndirmə mexanizminin təkmilləşdirilməsinə imkan yaradıb. Buna görə də bu istiqamətdə müzakirələr, eyni zamanda rəsmi səviyyədə mexanizmlərin hazırlanmasıyla bağlı yeni təkliflərin təqdimatı gündəmdə qalacaq. Çalışacağıq ki, 2024-cü ildə də bu istiqamətdə müzakirələrin genişləndirilməsi bütövlükdə yeni və təkmil mexanizmin yaradılmasına imkan yaratsın. Söhbət təbii ki, 50 və daha yüksək bal toplamış müəllimlərimizin maaş artımlarından, 48-dən çox bal toplamış müəllimlərimiz üçün isə 35%-lik artımın tətbiq edilməsindən gedir. Eyni zamanda 30-dan yüksək bal toplamış müəllimlərimiz üçün də yeni mexanizmin tətbiqi məqsədəuyğundur. Müsahibə mərhələsində nəticələrin nəzərə alınması da olduqca vacibdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bəsurə
    Salam bəs stajı 15_ ildən yuxarı olan t/bacılarının maaşında artım olmayacaq bəs?
    2 years ago
  • Aylin
    Sertfikasiyadan keçmiş müəllimlər bütün müəllimlər demek deyil təkcə 2fenden sertfikasiyadan keçirilib qalan müəllimlərin maaşinda artimlar olmayib axi bu ədalətsizlikdir. Elə əlinizə bayraq almisiniz müəllimlərin maaşinda artim olub
    2 years ago
  • Məlahət
    Salam insaflı olaq 30 balnan 40 keçənləri fırqləndirək.Ədalıti bir mexanizm seçək.
    2 years ago