Bu şəxslərin maaşları artacaq

Bu şəxslərin maaşları artacaq
May 15, 2019
Oxunma sayı: 156

Psixoloqların maaşlarının artırılması üçün diaqnostik qiymətləndirmə keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov deyib. 

Nazir müavini bildirib ki, hazırda Azərbaycanda psixoloqların yetişdirilməsi istiqamətində əlavə tədbirlər planı hazırlanır: 

“Məktəblərdə psixoloqlardan istifadə etmək lazımdır. Məhz bunun vasitəsilə neqativ halların qarşısı alına bilər. Ümumiyyətlə, bütün psixoloqlar öz peşələrinə biganə deyil, səmimi yanaşmalıdırlar. Azərbaycanda məktəblərdə istedadlı psixoloqlara ehtiyac var”.