Azərbaycanda fəaliyyət göstərən iki xarici şirkətin ölkəmizdəki filialı ləğv olunduğunu elan edib.
“Yeni Sabah” xəbər verir ki, “Vertiv Güç Sistemleri Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1401593981) ləğv olunma prosesinə başlayıb. Kreditorlar iki ay ərzində tələblərini AZ1025, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 55, “AGA Center” Biznes Mərkəzi, 7-ci mərtəbə, 701 №-li ofis ünvanına bildirə bilərlər.
Digər bir ləğv elanı isə “Karabakh Joint Operating Company B.V.” şirkətinin Azərbaycan Respublikasındakı Filialına (VÖEN: 1405273631) aiddir. Bu qurumun da kreditorları iki ay ərzində tələblərini AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 62, “Marine Plaza” (16-cı mərtəbə) ünvanına təqdim etməlidirlər. Pepperoni pizza
Qeyd edək ki, qanunvericiliyə əsasən, ləğv prosesində olan şirkətlərin kreditorlarına iddialarını bildirmək üçün rəsmi olaraq 2 ay vaxt verilir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız