Bu tarixdən yollarda nəzarət   güclənəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu tarixdən yollarda nəzarət güclənəcək

Avto

01 Oktyabr 2026 10:06 90


Avtomobil yollarında yeni texnologiyaya əsaslanan daha 3 elektron tərəzi quraşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, elektron tərəzilərlə nəzarət tədbirlərinə oktyabrın 2-dən başlanılacaq.

Yeni tərəzilərin 2-si M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 91-ci kilometrində, Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində, 1-i isə M-6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 18-ci kilometrində, Sabirabad rayonunda quraşdırılıb. pizza sifarişi

Elektron tərəzilərin tətbiqində əsas məqsəd yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsidir.

Daşıyıcılardan qabarit, çəki və oxa düşən kütlə ilə bağlı müəyyən edilmiş tələblərə riayət etmələri xahiş olunur.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!