Gecə dəhşətli qəza: 3 nəfər həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Gecə dəhşətli qəza: 3 nəfər həlak oldu

Kriminal

14 Noyabr 2026 09:15 368


Noyabrın 13-də saat 23 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Opel” markalı avtomobilin sürücüsü və iki sərnişini hadisə yerində həyatını itirib. Həmin avtomobilin digər iki sərnişini, eləcə də “VAZ-2104” markalı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Elektronika məhsulları

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsini gözləməyə və manevrlər zamanı diqqətli olmağa çağırır.

İdarə sürücülərə yorğun və yuxusuz halda avtomobil idarə etməməyi, diqqəti yoldan yayındırmamağı, həmçinin özlərinin və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadə etmələrini təmin etməyi tövsiyə edir.

Vurğulanıb ki, hər bir sürücü həm özünün, həm də daşıdığı sərnişinlərin həyatı və təhlükəsizliyi üçün məsuliyyət daşıyır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!