Macarıstanda keçmiş milli inkişaf naziri Mikloş Şestakın işi üzrə aparılan istintaq çərçivəsində müxtəlif yerlərdə, o cümlədən meşəlik ərazidə gizlədilmiş milyardlarla forint aşkarlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Madyar Aktivlərin İdarə Edilməsi və Qorunması Milli İdarəsinə (NVVH) istinadən məlumat yayıb.
Məlumata görə, noyabrın 12-13-də genişmiqyaslı axtarış əməliyyatları keçirilib. Müstəntiqlər meşəlik ərazilərdə basdırılmış, həmçinin kənd təsərrüfatı tikililərində, anbarlarda və yaşayış evlərində gizlədilmiş külli miqdarda nağd pul aşkar ediblər. Vəsaitin bir hissəsi isə gizli seyfdə saxlanılıb. Online alış-veriş
Cəmi iki gün ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları 5,07 milyard forint (15 milyon dollardan çox), 2,65 milyon avro və 1,25 milyon dollar müsadirə ediblər. Aşkarlanan bütün vəsait artıq Macarıstanın dövlət xəzinəsinə köçürülüb.
Şestak 2014-2018-ci illərdə Milli İnkişaf Nazirliyinə rəhbərlik edib. O, hazırda dövlət müqavilələrinin bölüşdürülməsi zamanı korrupsiya əməllərinə yol verməkdə ittiham olunur. İstintaqın versiyasına görə, keçmiş nazir və digər təqsirləndirilən şəxslər sərfəli dövlət sifarişlərinin verilməsi müqabilində sahibkarlardan rüşvət alıblar./Oxu.az
Telegram kanalımız