Siqaret qiymətləri bahalaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Siqaret qiymətləri bahalaşacaq

Sosial

14 Noyabr 2026 10:43 348


Türkiyədə yanvar ayından etibarən tütün məmulatlarının qiymətində növbəti ciddi artım gözlənilir. Sahə üzrə yayılan məlumatlara görə, yeni ilin ilk ayından başlayaraq siqaretlərin hər qutusuna 20-25 Türk lirəsi məbləğində əlavə qiymət artımı tətbiq oluna bilər.

“Yeni Sabah” xəbər verir ki, qiymət dəyişikliyinin yeni ilin əvvəlində qüvvəyə minəcək vergi tənzimləmələri, eləcə də istehsal və logistika xərclərindəki artımlarla əlaqədar olduğu bildirilir. İstehsalçı şirkətlərin və pərakəndə satış şəbəkələrinin yeni tarifləri yanvar ayının ilk günlərindən etibarən rəflərdəki etiketlərə əks etdirəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, tütün məmulatlarında gözlənilən bu bahalaşma həm sektor nümayəndələri, həm də istehlakçılar arasında geniş müzakirələrə yol açıb. Rəsmi qiymət siyahılarının ilin əvvəlində tam dəqiqləşəcəyi gözlənilir.  ShopByBro

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!