Gəncədə nənəsinin evindən 100 min manatdan artıq oğurluq edən nəvənin məhkəmə prosesi başa çatıb.
"Yeni Sabah" xitab24.az-a istinadla xəbə verir ki, Gəncə Ağır Cinayətlər Məhkıməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində 1995-ci il təvəllüdlü Ayxan Əliyev çıxarılıb.
O, nənəsi Sədaqət Cəlalinin Türkiyəyə getməsində istifadə edərək evdə bir çöp belə qoymayıb. A.Əliyev şəhərin Nəriman Nərimanov prospektində yerləşən mənzilə daxil olaraq, evin bütün əşyalarını - pərdəsindən boşqablarına qədər oğurlayaraq satıb. Məişət texnikası
Ümumən 102.110 manatlıq oğurluq edən Ayxan Əliyev ittihamların bir qismi ilə razılaşmadığını bildirib.
Məhkəmədə ifadə verən nənə isə ona dəymiş ziyanın bir hissəsinin qaytarıldığını, nəvəsi ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.
Cinayәt Mәcәllәsinin 177.3.2-cü maddәsi ilә təqsirli bilinən A.Əliyevə hökm oxunub. Hökmə əsasən, təqsirlındirilən şəxs 5 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.
Telegram kanalımız