Portuqaliya millisinin 3 futbolçusu Danimarkaya 1:4 hesabı ilə məğlub olduqları UEFA Millətlər Liqasının 5-ci tur matçından sonra komandanın düşərgəsindən ayrılıb.
"Yeni Sabah" xəbər verir ki, bunlar müdafiəçi Ruben Diaş, yarımmüdafiəçilər Joao Palinya və Bernardo Silvadır.
Diaş və Palinya sarı vərəqə limitini doldurduqları üçün noyabrın 17-də Uelsə qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcəklər. Online alış-veriş
Zədəsi olan Bernardo Silva isə növbəti matçda oynamağa hazır olmadığı üçün düşərgəni tərk edib.
Portuqaliya millisi 12 xalla qrupda liderdir.
Telegram kanalımız