Bir müddət əvvəl Şimali Kiprə konsertə yollanan Bülənt Ərsoyun komandası hava limanında saxlanılıb.
Yenisabah.az xəbər verir ki, müğənninin 21 nəfərdən ibarət heyəti hava limanında polis tərəfindən saxlanılıb. Onların PCR testi saxta çıxıb.
Yoxlanıldıqdan sonra komanda konsertə buraxılsa da, konsertdən sonra həbs olunublar. Dominos pizza
Bundan hiddətlənən Ərsoy mətbuata açıqlama verərək bu qərara etiraz etdiyini və işin sonuna qədər gedəcəyini bildirib:
"Sərvətimi tökərək bu işin sonuna qədər gedəcəyəm. Ədalət axtarmağın necə olduğunu görəcəyik".
Telegram kanalımız