Bunları bilsiniz, santexnikə ehtiyac qalmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bunları bilsiniz, santexnikə ehtiyac qalmayacaq

Sosial

18 Oktyabr 2023 15:08 392


Gündəlik həyatımızda tez-tez qarşılaşdığımız problemlərdən biri də əlüzyuyanların tıxanmasıdır. Tıxanmış əlüzyuyanları açmaq istədikdə, santexnik çağırmazdan əvvəl özünüz bir neçə üsulu sınaqdan keçirə bilərsiniz.

Yenisabah.az bu üsulları təqdim edir:

Sirkə və soda pizza

Sirkə və soda istifadə edən zaman əvvəlcə əlüzyuyan borusuna bir neçə xörək qaşığı soda sonra isə təxminən yarım stəkan sirkə boşaldın. Bu qarışım karbon dioksidi parçalayan kimyəvi reaksiyaya səbəb olur.

15 dəqiqə gözlədikdən sonra əlüzyuyana qaynar su tökün.

Əgər soda yoxdursa, əvəzinə duz da istifadə edə bilərsiniz.

Kola

Bu içki təmizləyici kimi də istifadə olunur. Ustaların fikrincə, kolanın tərkibində üzvi maddələrə qarşı təsirli olan fosfor turşusu var.

Mütəxəssislər qeyd edirlər ki, hamamdakı inadkar ləkələri çıxarmaq üçün həmçinin qabyuyan maşın kapsullarından da istifadə edilə bilər. Onları isti suda həll etdikdən sonra yavaş-yavaş, az miqdarda boruya tökmək lazımdır.

Nəzrin Musayeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!