7 İyul - 03:00
Burak Yılmaz bu klubla danışıq aparır

Burak Yılmaz bu klubla danışıq aparır

İdman

25 May 2022 13:28 626


Mövsümün sonunda "Lill"dən ayrılan Burak Yılmaz karyerasını Fransada davam etdirə bilər.

Yenisabah.az "French Football"a istinadən xəbər verir ki, türkiyəli hücumçu "Reyms"lə danışıq aparır. Liqa 1 klubu onunla 2 illik müqavilə bağlamaq istəyir. Burakın da başqa təklifləri olmasına baxmayaraq, Fransada qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, 36 yaşlı hücumçu başa çatan mövsümdə "Lill"lə 40 oyuna çıxıb, 7 qol vurub, 5 məhsuldar ötürmə edib. O, ötən mövsüm "Lill"ə Fransa çempionu olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!