Dövlət İmtahan Mərkəzi (DİM) 5-6 mart tarixli buraxılış imtahanlarının nəticələrini açıqladıqdan sonra məlum olub ki, xeyli abituriyent aldığı qiymətlərdən narazıdır.
Yenisabah.az xəbər verir ki, narazılıqlar əsasən yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesindəndir. Bir çox şagirdlər açıq sualların cavablarına verilən qiymətlərin obyektiv olmadığını, aşağı bal yazıldığını iddia ediblər. Nəticələrdən narazı olan şagirdlər aprelin 4-dən başlayaraq apellyasiya şikayəti verirlər.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4-6 aprel tarixlərində DİM-in saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilirlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu gün səhərə olan məlumata görə, 2483 şagird apellyasiya şikayəti verib.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10, riyaziyyat fənnindən 7, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq tipli sual təqdim olunub. Pepperoni pizza
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 11 aprel tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər.
Nəzrin Vahid
Telegram kanalımız